Accessibility links

Yaponiyanın avtomobil hissələri istehsal edən Takata şirkəti saxtakarlığa yol verdiyini etiraf edib. Şirkət milyonlarla avtomat hava yastıqlarının ölümcül qüsuru olduğunu gizlətdiyi üçün bir milyard dollar məbləğində cərimə ödəməlidir.

Takata şirkətinin vəkilləri Detroyt federal məhkəməsində şirkətin istehsal etdiyi hava yastıqlarının güclü partlayışla açıldığını, həm sürücü, həm də sərnişinin xəsarət ala biləcəyi ilə bağlı məlumatın gizli saxlandığını etiraf edib.

Şirkətin bu qüsuru dünya boyu 16 nəfərin ölümünə, 200-ə qədər insanın yaralanmasına səbəb olub ki, buna görə 42 milyon avtomobil və 60 milyon hava yastığı geri çağırılıb. Bu, avtomobil sənayesi tarixində ən böyük geri çağırış olub.

Cərimələrə 850 milyon dollar avtomobil istehsalçıları, 125 milyonu isə qurbanların ailələrinə ödənilməsi də daxildir. Takata bundan əlavə 25 milyon dollar kriminal cəriməsi ödəməlidir.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG