Accessibility links

Norveçin baş nazirinin sözlərinə görə, insanların düşüncələrini öyrənmək üçün ən yaxşı yer taksidir. Belə ki, Cens Stoltenberq bir gün taksi sürücüsü kimi fəaliyyət göstərərək Osloda sərnişinlərin daşınması ilə məşğul olub.

İyun ayında baş naziri taksi sürücüsü kimi göstərən səhnənin görüntüləri dünən qəzetlərin veb səhifələrində və baş nazirin Facebook səhifəsindı yerləşdirilib.

Seçkilərə yenidən qatılan cənab Stoltenberqin təbliğat kampaniyası kimi reklam agentliyi tərəfindən hazırlanan bu plan gizli kareralarla lentə alınıb. Burada norveçlilərin siyasi baxışları və taksi sürücüsünün baş nazir olduğunu bilən zaman sərnişinlərin reaksiyası yer alır.

Gizli kameralar habelə baş nazirin bəzi etiraflarını da qeydə alıb. Belə ki, o son səkkiz ildə avtomobil idarə etmədiyini bildirib.

Sürücülərdən biri cənab Stoltenberqin sürücülük bacarığını yüksək qiymətləndirməyərək deyibI "Siz mənim gördüyüm ən yaxşı sürücü deyilsiniz."

Cens Stoltenberqin Fəhlə Partiyası sentyabrda keçiriləcək seçkilərdə müxalif Mühafizəkarlar partiyası ilə mübarizə aparacaq.

XS
SM
MD
LG