Accessibility links

Taksim nümayişçilərindən "Davam" qərarı


Etirazçılar hökumətin onların tələblərinə məhəl qoymadığını deyir

Türkiyədə nümayişçilər İstanbulun Gezi parkının zəbtini davam etdirəcəyinə söz verib. Onlar buna səbəb kimi hökumətin onların tələblərinə məhəl qoymadığını göstərir.

Nümayişçiləri təmsil edən Taksim Həmrəylik Platforması bu gün bildirib ki, hökumətin tələblərinə və baş nazirin partla bağlı qərarın məhkəmə tərəfindən çıxarılmasını söyləməsinə baxmayaraq onlar parkı tərk etməyəcək.

Baş nazir Ərdoğanın barışıq addımından bir neçə saat sonra paytaxt Ankarada polis onlarla nümayişçini həbs edib.

Türkiyənin baş naziri ilə görüşən etiraz aksiyalarının iştirakçıları onun məhkəmə qərar çıxarılına qədər İstanbulda Gezi parkı ilə bağlı layihənin təxirə salınmasına söz verib.

Taksim meydanı yaxınlığında Gezi parkının sökülüb yerində alış-veriş mərkəzinin yaradılmasına planlarına etiraz olaraq iki həftə bundan öncə başlayan nümayişlər hökumət və baş nazir Rəcəp Tayyib Ərdoğan əleyhinə aksiyalara çevrilib.
XS
SM
MD
LG