Accessibility links

Taksimdə polisin müdaxiləsi nəticəsində 44 nəfər yaralanıb [Fotoqalereya]


Toqquşma səhər saatlarınadək davam edib

Türkiyənin iğtişaş polisi İstanbuldakı Gezi parkına daxil olaraq nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan və təzyiqli sudan istifadə edib.

Zirehli avtomobillərlə müşayiət olunan polislər şəhərin mərkəzindəki Taksim meydanını mühasirəyə aldığı bir vaxt digər tərəfdən polislər Gezi parkını boşaltmağa çalışıb.

Hadisədən bir neçə saat əvvəl baş nazir Rəcəb Tayyib Ərdoğan xəbərdarlıq etmişdi ki, təhlükəsizlik qüvvələri meydanı boşaltmalıdır.

Buna baxmayaraq, etirazçılar aksiyanı gecə saatlarında da davam etdirməyə çalışıb. Polisin müdaxiləsi nəticəsində meydan boşaldılıb. İstanbul Valiliyindən verilən açıqlamaya, görə müdaxilə zamanı 44 nəfər yaralanıb.

Səhərə yaxın Taksim ətrafında yenidən polislə aksiyaçılar arasında qarşıdurma yaranıb. Polis qaz bombası və təzyiqli su ilə aksiyaçıları dağıtmağa başlayıb. Aksiya iştirakçıları Taksim istiqamətində olan bütün yolları bağlayıb.
  • 16x9 Image

    Emil Quliyev

    Amerikanın Səsində 2007-ci ildən fəaliyyət göstərir. "Amerikana" proqramının təsisçisi və aparıcısı, "Amerika İcmalı" həftəlik televiziya proqramının baş prodüseridir.  Çoxsaylı siyasi, sosial və analitik müsahibə və reportajların müəllifidir.

XS
SM
MD
LG