Accessibility links

İŞİD Əfqanıstanda taktikasını dəyişir [Video]


İŞİD Əfqanıstanda taktikasını dəyişir
please wait

No media source currently available

0:00 0:02:19 0:00

Bu həftə Kabil xəstəxanasında azı 30 nəfərin ölümü ilə nəticələnən hücumun məsuliyyətini İslam Dövləti qrupu öz üzərinə götürüb. Bu hücum İŞİD-in Əfqanıstanda hücum taktikasını dəyişdiyini göstərdi.

Kabildə həyata keçirilən hücum İŞİD-in əvvəlki hücumlarından fərqli idi. Əvvəlki hücumlar bir-birinə bənzər, adətən böyük insan kütləsi arasında intiharçı bomba hücumları olardı.

Beynəlxalq Əməkdaşlıq Mərkəzindən Barnet Rubinin dediyinə görə, keçən həftə həyata keçirilən hücum üçün daha ciddi kəşfiyyat işi aparılıb və daha ciddi hazırlanıb. “Bu çox mürəkkəb hücum idi. Bu o deməkdir ki, onlar xəstəxanaya hücumdan əvvəl kəşfiyyat işi aparmış, Kabilə partlayıcı maddələrin necə gətirilməsini, harada quraşdırılmasını və xəstaxanaya necə keçirilməsini yaxşı planlaşdırıb.”

Bu hücum İŞİD-ə Kabildə dəstəyin də olduğunu göstərdi. Bu o deməkdir ki, onlar sıralarına insanları cəlb edə bilir.

Əfqanların çoxunun fikrincə İŞİD o qədər də qəddar metodologiyaya malik deyil. Lakin siyasi təhlilçi İntizar Xadimin fikrincə ölkədəki işsizlik səviyyəsinin yüksək olması və İslam Dövlətinin yaxşı maaş təklifi işsiz qalan sabiq hərbiçiləri cəlb edir. “Gördüyünüz kimi, Yaxın Şərqdə Dayeş (İŞİD) müharibəni qidalandırır. Əfqanıstanda bu qrupa qoşulan hər kəsə yaxşı pul ödənilir. İslam Dövləti onun üçün döyüşənlərı silahla təmin edir və yüksək əmək haqqı verir.”

Sosial media və FM stansiyası da qrupa ölkənin şərq vilayətlərində döyüşçü cəlb etməyə yardım edir.

Amerikanın hərbi komandirləri NATO və Əfqanıstanın birgə əməliyyatları nəticəsində İŞİD-in bir sıra əraziləri və döyüşçülərini itirdiyini iddia edir. Lakin təhlilçilər onların strategiyanı dəyişdiyini deyirlər.

Digər tərəfdən isə İslam Dövləti təhlükəsi Rusiya, İran və digər dövlətlər Talibanı siyasi müstəviyə çıxara bilər.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG