Accessibility links

İlahıyyatçı Tale Bağırov azadlığa buraxılıb [Video]


Tale Bağırov

Tale Bağırov

O mübarizəsini davam etdirəcəyini bəyan edib

Qobustan Qapalı tipli həbsxanasında həbsdə saxlanılan ilahiyyatçı Tale Bağırov gecə saatlarında azadlığa buraxılıb.

Halbuki Bağırovun iyulun 31-də səhər saat 9-da azadlığa buraxılacağı bildirilirdi.

İlahiyyatçı şərlənərək həbs edildiyini və mübarizəsini sona qədər davam etdirəcəyini bildirirb.

“Mən ideya adamıyam, zülmə qarşı mübarizəmi davam etdirirəm. Həbsxanada da bu mübarizəni davam etdirmişəm. Dəfələrlə işgəncələrə məruz qalmışam”, o qeyd edib.

Bağırov son həbs dalğasından da danışıb.

“Bu həbslər mübarizədə yeni mərhəhlə yaradıb. Gənclər artıq həbsdən qorxmur”, ilahıyyatçı bildirib.

Tale Bağırov 2013-cü il martın 31-də həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin 234.1-ci maddəsi (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) ilə ittiham verilib.

Bağırov 2011-ci il mayın 6-da Təhsil Nazirliyinin qarşısında "Hicaba azadlıq" aksiyasında iştirak görə də 1 il 6 ay həbsdə olub.

O Azərbaycan İqtisad Universitetini bitirib, İranın Qum şəhərində və İraqın Nəcəf şəhərində ilahiyyat üzrə təhsil alıb.

XS
SM
MD
LG