Accessibility links

Tale Bağırzadənin ondan çox tərəfdarı saxlanıb

Bu gün Sabunçu rayon məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə ilahiyyatçı Tale Bağırzadənin məhkəmə prosesi başlayıb.

Taleh Bağırzadə martın 31-də saxlanılıb, iki gün sonra Sabunçu məhkəməsi onun barəsində Cinayət Məcəlləsinin 234.1-ci (narkotik əldə etmə və saxlama) maddəsi ilə həbs qətimkan tədbiri seçib.

Bağırazadə ittihamı qəbul etmir və həbsinin əsl səbəbinin martın 24-də xütbəsində hakimiyyətin ünvanına səsləndirdiyi kəskin tənqid olduğunu bildirib. O vicdan məhbusu kimi tanınıb.

Vəkil Anar Qasımov Amerikanın Səsinə bildirib ki, müdafiə tərəfi məhkəmə qarşısında Bağırzadənin məhkəmə zalındakı dəmir barmaqlıqlar arasından çıxarılması, jurnalistlərin məhkəmə prosesinə buraxılması, məhkəmənin daha geniş zalda keçirilməsi ilə bağlı vəsatətlər verib, adi texniki problemləri həll edə bilməməsinə görə hakimə etiraz edib. Vəkillərin vəsatəti və etirazları qəbul edilməyib.

Vəkilin sözlərinə görə, hazırda Tale Bağırzadə məhkəmə qərarı olmadan həbsdə saxlanılır.

“Oktyabrın 14-də məhkəmənin hazırlıq iclasında Bağırzadənin həbsdə saxlanması barədə qərar qəbul edilməyib. Beləliklə, o oktyabrın 14-dən qanunsuz olaraq həbsdə saxlanılır”, Qasımov bildirib.

Məhkəmənin qarşısına Bağırzadənin çoxsaylı tərəfdarları toplanıb və onların əksəriyyəti məhkəmə zalına buraxılmayıb. Buna etiraz edən ondan çox insan polis tərəfindən saxlanıb.

Məhkəmə oktyabrın 31-də saat 12-də davam etdiriləcək.
XS
SM
MD
LG