Accessibility links

Tale Bağırzadənin apellyasiya şikayəti təmin edilməyib


Taleh Bağırov
Taleh Bağırov

Dekabrın 2-də Bakı Apellyasiya Məhkəməsi “Müsəlman Birliyi” Hərəkatının lideri, ilahiyyatçı Taleh Bağırzadənin 4 ay müddətinə həbs qərarından verdiyi şikayəti təmin etməyib.

Bağırzadənin işinə baxılması ilə əlaqədar polis məhkəmə ətrafında gücləndirilmiş təhlükəsizlik tədbirləri görüb.

Bağırzadə noyabrın 26-da Nardaranda həyata keçirilmiş xüsusi əməliyyat zamanı bir qrup tərəfdarı ilə birlikdə saxlanılıb. Ona qarşı 120 (qəsdən adam öldürmə), 214 (terrorçuluq), 220 (kütləvi iğtişaşlar), 228 (qanunsuz silah saxlama), 233 (ictimai asayişi pozma), 279 (qanunsuz silahlı qruplar yaratma), 281 (dövlətə qarşı açıq-aşkar çağırışlar), 283 (dini ədavət salma), 315 (güc tətbiq etməklə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə) və 278-ci (hakimiyyəti zorla ələ keçirmək cəhdi) maddələrlə ittiham irəli sürülüb.

XS
SM
MD
LG