Accessibility links

Taleh Bağırov 2 il azadlıqdan məhrum edilib [Audio-Müsahibə]


İlahiyyatçı Taleh Bağırovun məhkəməsi

İlahiyyatçı Taleh Bağırovun məhkəməsi

O, həbsinin ictimai fəaliyyəti ilə bağlı olduğunu bildirir

Oktyabrın 31-də Sabunçu rayon məhkəməsində hakim Samir Əliyevin sədrliyi ilə ilahiyyatçı Taleh Bağırova hökm oxunub.


Məhkəmə hökmunə əsasən Taleh Bağırov Cinayət Məcəlləsinin 234.1 (qanunsuz olaraq narkotik vasitələri, psixotrop maddələri hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satma) maddəsi ilə təqsirli bilinərək 2 il azadlıqdan məhrum edilib.

Məlumata görə, proses iştirakçılarından biri hökm elan olunandan sonra hakimə etiraz olaraq tüpürüb. Bunu görən hakim hadisənin aktlaşdırılmasını istəyib. Bundan sonra həmin şəxs tutularaq Sabunçu rayon Polis İdarəsinə aparılıb.

Amerikanın Səsinə açıqlamasında vəkil Anar Qasımlı məhkəməni məzhəkə adlandırıb.
Onun sözlərinə görə məhkəmənin hökmundən apellyasiya şikayəti veriləcək.
Məhkəmədə son sözlə çıxış edən Taleh Bağırov deyib ki, onun həbsi ictimai fəaliyyəti ilə bağlıdır və sifarişlidir.

Qeyd edək ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin T. Bağırovla bağlı yaydığı məlumatda bildirilirdi ki, həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Taleh Bağırov və Anar Məlikov saxlanılıblar. Baxış zamanı Taleh Bağırovun üzərindən 1,026 qram heroin tapılıb.

Show comments

XS
SM
MD
LG