Accessibility links

Taleh Bağırzadənin şikayəti təmin edilməyib


Taleh Bağırov
Taleh Bağırov

Martın 16-da Bakı Apellyasiya Məhkəməsi “Müsəlman Birliyi” Hərəkatının sədri, həbsdə olan ilahiyyatçı Taleh Bağırzadənin həbsinin uzadılması ilə bağlı şikayəti təmin etməyib.

Martın 7-də Nəsimi Rayon Məhkəməsi Taleh Bağırzadə barəsində ilkin istintaq dövrü üçün həbs qətimkan tədbirinin müddətinin iyunun 26-dək uzadılması barədə qərar çıxarmışdı. Vəkillər həmin qərardan apellyasiya şikayəti vermişdi.

Vəkil Elçin Sadıqov Facebook səhifəsində yazıb ki, şikayətə Camal Ramazanovun sədrlik etdiyi hakimlər kollegiyası baxıb.

Vəkil həmçinin 1 saylı Bakı İstintaq Təcridxanasında Bağırzadə ilə görüşüb.

“Təcridxanada Taleh Bağırzadə ilə bir şahid arasında üzləşmə keçirilib. Amma şahidin sərbəst ifadə verməsinə şərait yaradılmayıb. Taleh Bağırzadə buna etiraz olaraq, həmçinin şahidlərə təzyiq göstərildiyini əsas gətirərək, üzləşmədən imtina edib”, o qeyd edib.

Vəkilin sözlərinə görə, Bağırzadənin ailə üzvlərilə görüşünə, telefonla əlaqə saxlamasına imkan verilmir.

Taleh Bağırzadə 2015-ci il noyabrın 26-da Nardaranda keçirilən əməliyyat zamanı həbs olunub. Ona qarşı Cinayət Məcəlləsinin15-dən artıq maddəsi ilə ittiham irəli sürülüb.

Bağırzadə ittihamları rədd edir və həbsini sifariş hesab edir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG