Accessibility links

İlahiyyatçı Taleh Bağırzadə ev dustaqlığına buraxılmayıb


Taleh Bağırzadə
Taleh Bağırzadə

O özü də prosesdə iştirak edib

Mayın 11-də Nəsimi rayon məhkəməsi “Müsəlman Birliyi” Hərəkatı-nın rəhbəri ilahiyyatçı Tale Bağırzadənin ev dustaqlığına buraxılması barədə vəsatətə baxıb.

İlahiyyatçının özü də prosesdə iştirak edib.

Bu barədə Azadlıq Radiosuna vəkil Cavad Cavadov məlumat verib.

Onun bildirdiyinə görə, prosesdə vəsatəti müdafiə ediblər.

Onlar T. Bağırzadənin ev diustaqlığına buraxılması üçün əsasların olduğunu bildirərək, vəsatətin təmin olunmasını xahiş ediblər.

Vəkil qeyd edib ki, Tale Bağırzadə isə həbsdə də özünü azad hiss etdiyini bildirib.

“Bizim mübarizəmizin əsas məqsədi ölkədə demokratiyanın, insan hüquq və azadlıqlarının bərqərar olması, insanların azad-firəvan yaşamasını təmin etməkdir. İstəyirik ki, heç kəs düşüncəsinə, sərbəst, dinc toplaşmaq azadlığından istifadəyə və ifadə etdiyi fikirlərə görə təqib olunmasın” - deyə Tale Bağırzadə məhkəmədə qeyd edib.

Nəsimi rayon məhkəməsinin hakimi Şəlalə Həsənova vəsatətin əsaslı olmadığı qənaətinə gələrək, T.Bağırzadə barəsində seçilən həbs qətimkan tədbirini ev dustaqlığına dəyişdirməkdən imtina edib.

Tale Bağırzadə 2015-ci il noyabrın 26-da Nardaranda polis əməliyyatı zamanı tutulub. İlahiyyatçıya qarşı CM-nin 15-dən artıq maddəsi ilə ittiham irəli sürülüb. İttihamlarda terrorçuluq, qəsdən adam öldürmək, iğtişaşlar salmaq və bu kimi başqa əməllər sadalanır.

Baş Prokurorluğun məlumatına görə, Tale Bağırzadənin ittiham olunduğu cinayət işi üzrə ümumilikdə 70 nəfər həbs edilib.

Martın 30-da Sabunçu rayon məhkəməsində saxlanılanların bəzilərinin məhkəmə prosesi başlayıb. Məhkəmə artıq onlardan birinə - Sahib Zəkiyevə 2 il həbs cəzası verib.

Nardaranda keçirilən əməliyyatda ikisi polis olmaqla ümumilikdə yeddi şəxs həlak olub.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG