Accessibility links

İlahiyyatçının apellyasiya şikayəti üzrə ilkin baxış olub


Taleh Bağırov

Taleh Bağırov

Aprelin 10-da Bakı Apellyasiya Məhkəməsində ilahiyyatçı Taleh Bağırovun şikayəti üzrə ilkin baxış iclası olub.

Tale Bağırov 2014-cü il martın 31-də həbs olunub. O, Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə, qanunsuz olaraq narkotik vasitə saxlamada ittiham olunub.

2014-cü il avqustun 13-də Sabunçu Rayon Məhkəməsi 1 saylı Bakı İstintaq Təcridxanasında kamerasında mobil telefon tapılması ittihamı ilə Taleh Bağırova 4 ay azadlıqdan məhrumetmə cəzası verib.
Noyabrın 1-də isə Sabunçu rayon Məhkəməsi Tale Bağırova qarşı narkotik ittihamı üzrə 2 il həbs hökmü çıxarıb. Beləliklə, həbs müddəti 2 il 4 ay olub.

Ötən ilin dekabrında Qaradağ Rayon Məhkəməsi 12 saylı cəzaçəkmə müəssisəsinin rəhbərliyinin daxili intizam qaydalarını pozması barədəşikayəti əsasında Bağırovun Qobustan qapalı həbsxanasına köçürülməsibarədə qərar qəbul edib.

Vəkil Cavad Cavadov Turana bildirib ki, Taleh Bağırovun Qobustan qapalı həbsxanasına köçüçrülməsi barədə qərardan apelyyasiya şikayəti üzrə bu gün bakı Apellyasiya Məhkəməsində ilkin baxış iclası olub. Prosesdə Taleh Bağırovun özü iştirak edib.

“Məhkəmədə məsələ qaldırdıq ki, Qaradağ Rayon Məhkəməsininqərarı qanuni qüvvəyə minmədiyindən Bağırovun hazırda Qobustan qapalı həbsxanasında saxlanması qanunsuzdur və o 12 saylı cəzaçəkmə müəssiəsinə qaytarılmalıdır”, o qeyd edib.

Vəkil həmçinin apelyasiya baxışının məhkəmə istintaqı ilə keçirlməsi barədə vəsatət qaldırıb.

“Cəzaçəkməı müəssisəsinin rəhbəri hesab edir ki, Bağırov daxili intizam qaydalarını pozub. Biz bunu qəbul etmirik və münasibəti qərəzli hesab edirik. Taleh Bağırov bildirir ki, heç bir qaydanı pozmayıb. Sadəcə ona qarşı cəzaçəkmə müəssisəsinin rəhbərinin münasibəti siyasi məhbus statusus ilə bağlıdır. Biz tələb edəcəyik ki, cəzaçəkmə müəssisəsinin rəhbərliyi öz şikayətini əsaslandırsın, sübutlarını təqdim etsin”, vəkil qeyd edib.

Məhkəmə vəsatətləri təmin etməyib.Aprelin 17-si saat 11-ə məhkəmə baxışı təyin edilib.

Taleh Bağırov yerli hüquq müdafiəçiləri tərəfindən vicdan məhbusu kimi tanınır. Onun həbsi iqtdarı kəskin tənqid etdikdən sonraya təsadüf edir.

Azərbaycan iqtidarı insanların siyasi baxışlarına, dini inanclarına görə həbs edilmədiyini bildirir. Ölkənin yüksək vəzifəli rəsmi şəxsləri isə siyasi və vicdan məhbuslarının olmadığını deyir.

XS
SM
MD
LG