Accessibility links

Müsəlman Birliyi Hərəkatının həbsdə olan rəhbəri Taleh Bağırov martın 1-də cərimə kameriasına (karser) salınıb.

Vəkil Cavad Cavadov martın 2-də Taleh Bağırovla görüşüb.“Dünən Taleh Bağırzadəni 7 gun muddətinə cərimə kamerasına salıblıar. Bağırov bunu təzyiqlərin davamı kimi qəbul edir. Vəkil olaraq huquqi addımlar atmaq niyyetindəyəm”, Cavadov Facebook səhifəsində qeyd edir.

Bununla yanaşı, Bağırovun hansı səbəbdən cərimə kamerasına salındığı barədə məlumat verilmir.

Öz növbəsində, Penitensiar Xidmət hələ məlumatla bağlı şərh verməyib.

Taleh Bağırov noyabrın 26-da Nardaranda həyata keçirilmiş xüsusi əməliyyat zamanı bir qrup tərəfdarı ilə birlikdə saxlanılıb. O Bakı İstintaq Təcridxanasında saxlanılır.

Bağırova qarşı Cinayət Məcəlləsinin 120 (qəsdən adam öldürmə), 214 (terrorçuluq), 220 (kütləvi iğtişaşlar), 228 (qanunsuz silah saxlama), 233 (ictimai asayişi pozma), 279 (qanunsuz silahlı qruplar yaratma), 281 (dövlətə qarşı açıq-aşkar çağırışlar), 283 (dini ədavət salma), 315 (güc tətbiq etməklə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə) və 278-ci (hakimiyyəti zorla ələ keçirmək cəhdi) maddələrilə ittiham irəli sürülüb.

XS
SM
MD
LG