Accessibility links

Nardaran hadisələri ilə bağləı həbsdə olan “Müsəlman Birliyi” Hərəkatının rəhbəri Taleh Bağırov noyabrın 26-dan 1 saylı Bakı İstintaq Təcridxanasında cərimə kamerasına salınıb. Bu barədə noyabrın 28-də Bakı Ağır Cinayətlər Məhkəməsində “Nardaran işi” üzrə hədsdə olan Abbas Hüseynov bildirib.

Onun sözlərinə görə, Taleh Bağırov 5 gün müddətinə cərimə kamerasına salınıb.

Vəkil Yalçın İmanov Amerikanın Səsinə bildirib ki, Bağırovun cərimə kamerasına salınmasına noyabrın 26-da onun Nardaran hadisələrinin ildönümü ilə bağlı azadlıq.info saytında dərc edilən tənqidi məqaləsi səbəb olub.

Polis 2015-ci il noyabrın 26-da Bakının Nardaran qəsəbəsində xüsusi əməliyyat keçirib. Əməliyyat nəticəsində ikisi polis əməkdaşı olmaqla 6 nəfər öldürülüb. Hadisələrdən sonra 70-dən çox insan saxlanılıb. Hazırda onlardan 18 nəfərin Bakı Ağır Cinayətlər Məhkəməsində məhkəməsi davam edir.

Bu gün vəkillər gəlmədiyindən proses saat 14-dək təxirə salınıb.

Taleh Bağırovun cərimə kamerasına salınmasını Penitensiar Xidmət hələ təsdiq etməyib.

Show comments

XS
SM
MD
LG