Accessibility links

Nardaranda etiraz aksiyası təxirə salınıb [Video]


Nardaranda etiraz aksiyası təxirə salınıb
please wait

No media source currently available

0:00 0:01:39 0:00

Nardaranda etiraz aksiyası təxirə salınıb

Kənd sakinləri hakimiyyət nümayəndəsi ilə danışıqlara gedib. Eyni zamanda, metronun Nizami stansiyasının qarşısında “Hicaba azadlıq”, “Talehə azadlıq” şüarları ilə flaş-mob keçirilib

Nardaran qəsəbəsində aprelin 5-nə təyin edilmiş etiraz aksiyası təxirə salınıb. Buna kənd ağsaqqallarının hakimiyyət nümayəndələri ilə danışığı səbəb olub.

Sakinlərdən biri Amerikanın Səsinə bildirib ki, danışılar əsasən Qafqaz Müsəlmanları İdarəsinin sədri Hacı Allahşükür Paşazdə ilə aparılıb. Hakimiyyət kəndin tələblərinin iki aya həll ediləcəyinə , həbsdə olan ilahiyyatçının və dindarların azad ediləcəyinə söz verib.

Nardaran kəndinin bir neçə girişində avtobuslarda polislər gözləyib. Mitinqin keçiriləcəyi yerdə də hüquq mühafizə orqanlarının mülki geyimli şəxsləri olub.

Xatırladaq ki, ilahiyyatçı Taleh Bağırzadə narkotik ittihamı ilə həbs edilib. Kənd sakinləri onun və digər dindarların həbsdən azad edilməsini tələb edir.
Bununla yanaşı, aprelin 5-də Bakıda, metronun “Nizami” stansiyası qarşısında qəfil aksiya (flaş-mob) keçirilib.

“Media forum”un məlumatına görə, aksiyaçılar “Hicaba azadlıq”, “Talehə azadlıq” şüarları səsləndiriblər.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG