Accessibility links

Taleh Bağırzadənin məhkəməsi təxirə salınıb


İlahiyyatçı Taleh Bağırovun məhkəməsi

İlahiyyatçı Taleh Bağırovun məhkəməsi

Bakının Nəsimi Rayon Məhkəməsində barəsində həbs qətimkan tədbiri seçilmiş “Müsəlman Birliyi Hərəkatı”nın rəhbəri Taleh Bağırovun şikayəti əsasında keçiriləcək məhkəmə iclası təxirə salınıb.

Vəkili Cavad Cavadov Amerikanın Səsinə bildirib ki, məhkəmə prosesi fevralın 19-dək təxirə salınıb.

“Hakim Babək Pənahov məhkəmənin təxirə salınmasını müdafiə tərəfinin işgəncə faktları ilə bağlı vəsatətləri əsasında Daxili İşlər Nazirlıiyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə göndərilmiş sorğulara hələ cavab verilməməsi ilə izah etdi”, vəkil qeyd edib.

Vəkil C.Cavadov Taleh Bağırovla vəkilinin görüşməsinə imkan verilməməsi, “Həbs yerlərində saxlanılan şəxslərin hüquq və azadlıqlarının təmin edilməsi haqqında” qanunda nəzərdə tutulmuş hüquqlarının pozulması, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (BMCMİ) Müvəqqəti Saxlanılma Təcridxanasında 24 saatdan artıq saxlanılması ilə bağlı məhkəmə nəzarəti qaydasında Nəsimi Rayon Məhkəməsinə müraciət edib.

Bağırov noyabrın 26-da Nardaranda həyata keçirilmiş xüsusi əməliyyat zamanı bir qrup tərəfdarı ilə birlikdə saxlanılıb. Onun barəsində dörd ay müddətində həbs qətimkan tədbiri seçilib. T.Bağırov Bakı İstintaq Təcridxanasında saxlanılır

Bağırova qarşı Cinayət Məcəlləsinin 120 (qəsdən adam öldürmə), 214 (terrorçuluq), 220 (kütləvi iğtişaşlar), 228 (qanunsuz silah saxlama), 233 (ictimai asayişi pozma), 279 (qanunsuz silahlı qruplar yaratma), 281 (dövlətə qarşı açıq-aşkar çağırışlar), 283 (dini ədavət salma), 315 (güc tətbiq etməklə hakimiyyət nümayəndəsinə müqavimət göstərmə) və 278-ci (hakimiyyəti zorla ələ keçirmək cəhdi) maddələrilə ittiham irəli sürülüb.

Son rəsmi məlumatlara görə, Nardaran hadisələri ilə bağlı hazırda 68 nəfər həbsdədir.

XS
SM
MD
LG