Accessibility links

Taleh Xasməmmədov hesab edir ki, ona qarşı ittiham polis rəhbərliyi tərəfindən saxtalaşdırılıb

Hakim Ismayıl Əhmədovun sədrliyi ilə Şirvan Apelyasiya Məhkəməsi Göyçay Rayon Məhkəməsinin hüquq müdafiəçisi Taleh Xasməmmədovun Cinayət Məcəlləsinin 221.3 (xuliqanlıq) və 315.1-ci (polisə müqavimət göstərmə) maddələrlə azadlıqdan məhrum edilməsi haqqında hökmünü qüvvədə saxlayıb.

Vəkil Əsabəli Mustafayev Turan-a bildirib ki, məhkəmə müdafiə tərəfinin dəlillərini dinləməyib, şahid polislərin iştirak etməməsini nəzərə almayıb. Dövlət ittihamçısı Siyavuş Sadıqov birinci instansiya məhkəməsinin hökmünün qüvvədə saxlanmasında israr edib.

Xasməmmədov 2011-ci ilin noyabr ayında həbs edilib və bu il aprelin 20-də azadlıqdan məhrum edilib. Hüquq müdafiəçisi hesab edir ki, ona qarşı ittiham Ucar polisi rəhbərliyi tərəfindən saxtalaşdırılıb. Buna səbəb onun yerli polisin narkotik biznesi və traffikinqlə məşğul olan kriminal qrupla əlaqələri haqqında materiallar dərc etdirdiyinə görə saxta ittihamla həbs edilmiş jurnalist Fuad Hüseynovu müdafiə etməsi olub.
XS
SM
MD
LG