Accessibility links

Göyçay rayonunda (Bakıdan 253 kilometr qərb) hüquq müdafiəçisi Taleh Xasməmmədov saxlanılıb.

Ailə üzvləri Amerikanın Səsinə bildirib ki, onun saxlanılmasına mebel mağazası önündə baş verən insident səbəb olub. Taleh mağazadan çıxdıqda naməlum şəxs ona yaxınlaşıb və üzünə tüpürüb.

Daha sonra bu şəxs yerə yıxılaraq, özünü elə aparıb ki, guya Xasməmmədov onu döyür. Polis gəldikdə şahidlər Xasməmmədovun təqsiri olmadığını təsdiq ediblər, lakin Xasməmmədov saxlanılıb.

Öz növbəsində, Daxili İşlər Nazirliyinin mətbuat xidməti bildirib ki, Xasməmmədov adam döyməklə hüquqazidd hərəkət edib.

Xasməmmədov Göyçay-Ucar regionunda hüquq müdafiə fəaliyyəti və facebook-da yerli hakimiyyəti tənqid etməsi ilə məşhurdur. Əvvəllər o, hüquq müdafiə fəaliyyətinə görə məsuliyyətə cəlb edilib, mühakimə edilib və iki il əvvəl əvf olunub.

XS
SM
MD
LG