Accessibility links

Məhkəmə Taleh Xasməmmədova 3 il həbs verib


Taleh Xasməmmədov
Taleh Xasməmmədov

İyulun 22-də Göyçay Rayon Məhkəməsi hüquq müdafiəçisi Taleh Xasməmmədova 3 il həbs cəzası verib. Prokuror 4 il həbs istəmişdi.

Taleh Xasməmmədovun hüquqlarını ictimai müdafiə komitəsinin sədri Oqtay Gülalıyev hökmü siyasi sifriş və ədalətsiz adlandırıb.

“Məhkəmə Taleh Xasməmmədova verdiyi həbs müddəti hətta ona qarşı irəli sürülən Cinayət Məcəlləsinin 221.1 (xuliqanlıq) maddəsinin sanksiyasına belə adekvat deyi. Hökmdən apellyasiya şikayəti veriləcək”, Gülalıyev Amerikanın Səsinə bildirib.

Taleh Xasməmmədov 2015-ci il fevralın 24-də Göyçay rayonunda ailə üzvləri ilə birgə mebel salonundan çıxıb maşınına yaxınlaşan zaman tanımadığı bir şəxsin hücumu ilə üzləşib. Bundan sonra o polis tərəfindən saxlanıb və barəsində Cinayət Məcəlləsinin 221.1-ci maddəsi ilə cinayət işi başlanıb.

Hüquq müdafiəçisi 2011-ci ilin noyabrında da xuliqanlıq və polisə müqavimət maddələri ilə həbs edilib. Göyçay Rayon Məhkəməsi onun haqqında 4 il azadlıqdan məhrumetmə cəzası çıxarıb. Təxminən bir il sonra prezidentin əfv sərəncamına düşərək azad olunub. O vaxt beynəlxalq təşkilatlar Taleh Xasməmmədovu "vicdan məhbusu" elan edib.

XS
SM
MD
LG