Accessibility links

Məhkəmə hüquq müdafiəçisini həbsdə saxlayıb


Taleh Xasməmmədov
Taleh Xasməmmədov

Şəki Apellyasiya Məhkəməsində “Siyasi Məhbuslarsız Azərbaycan” İctimai Alyansının üzvü, hüquq müdafiəçisi Taleh Xasməmmədovu həbsdə saxlayıb.

Hakim Rafael Əliyevin sədrliyi ilə keçən məhkəmədə T. Xasməmmədovun özü də iştirak edib və çıxış edib.O, həbsinin siyasi motivlərlə bağlı olduğunu və hüquq müdafiə fəaliyyəti ilə məşğul olduğuna görə həyata keçirildiyini bildirib. O, məhkəmədən hər hansı müsbət qərar gözləmədiyini və səhhətində problem olduğuna görə etap olunmasından əziyyət çəkdiyini bildirərək tez qərar verilməsini istəyib.

Hüquq müdafiəçisi Oqtay Gülalıyevin yaydığı məlumata görə, məhkəmədə hüquq müdafiəçisinin çoxsaylı vəsatətlərindən heç biri qəbul olunmayıb. Məhkəmə hadisənin əsas şahidlərindən olan onun anası Gülbuta Xasməmmədovanı dinləməkdən və hadisə yerinə quraşdırılmış video görüntülərə baxış keçiməkdən imtina edib.

Məhkəmədə Göyçay rayon polis şöbəsinin rəis müavini Faiq İlyasov başda olmaqla 4 əməkdaşı iştirak edib və onların hamısı T. Xasməmmədovdan şikayətçi olduqlarını bildiriblər. Polislər məhkəmədə ifadə verərək bildiriblər ki, Xasməmmədov onları təhqir edib, döyüb və paqonlarını söküb yerə atıb. Nəticədə polis əməkdaşları xəsarət alıb. Polis əməkdaşlarından bədən və cüssəcə xeyli zəif olan Taleh Xasməmmədovun 4 polis əməkdaşını eyni vaxtda döyməsindən təəccüblənən hakim hüquq müdafiəçisinə maraqlı sual verib: “Siz karate üzrə qara kəmər sahibisinizmi?” Xasməmmədov isə hakimə cavabında idmançı olmadığını, polislərin onu şərlədiklərini və sifarişlə ona böhtan atdıqlarını bildirib.

Şəki Apellyasiya Məhkəməsi Göyçay rayon Məhkəməsinin Taleh Xasməmmədovun 3 il müddətə azadlıqdan məhrum edilməsi ilə bağlı qərarını dəyişmədən qüvvədə saxlayıb.

T. Xasməmmədov bu il fevralın 24-də Göyçayda ailə üzvləri ilə mebel salonundan çıxarkən həbs olunub. Xasməmmədov ittihamı qəbul etmir və sifariş sayır.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG