Accessibility links

Əfqanıstanda təkrar seçkilərdə səslərin hesablanması davam edir. Belə ki, seçicilər birinci mərhələnin qalibləri Abdulla Abdulla ilə Əşrəf Qani arasında seçim ediblər.

Rəsmilər ilkin nəticələrin iyulun 2-də açıqlanacağını ehtimal edir.

Talibanın seçkilərə zorakılıqla mane olacağını bildirməsinə baxmayaraq dünən keçirilən səs vermədə iştirak edən seçicilərin sayı yüksək olub. Daxili İşlər Nazirliyi 150 hücum qeydə alındığı bildirib. Bəzi seçki rəsmiləri də daxil olmaqla onlarla insanın öldürüldüyü bildirilir.

Səsvermədə 7 milyon əfqan iştirak edib. Seçicilərin 60 faizini təşkil edən bu rəqəm aprelin 5-də keçirilən ilkin seçkilərlə təxminən eynidir.

Səsvermə məntəqələri bağlanandan bir neçə saat sonra ucqar Herat vilayətində Taliban yaraqlıları seçkidə iştirak edən ən azı 11 nəfərin barmağını kəsib. Onlar səs verdikdən sonra barmaqları mürəkkəbə batırılmışdı.

Ağ Ev Əfqanıstandakı seçkiləri yüksək qiymətləndirib.
XS
SM
MD
LG