Accessibility links

Taliban ABŞ əsgərini nümayiş etdirən video yazı yayıb


Taliban ABŞ əsgərini nümayiş etdirən video yazı yayıb

Taliban ABŞ əsgərini nümayiş etdirən video yazı yayıb

Aprel ayından bəri ilk dəfədir ki, Berqdal video yazıda görünüb

Taliban Əfqanıstanda əsir götürülən bir ABŞ əsgərini göstərən video yazı yayıb. Bu gün yayımlanan videoda Əfqanıstanın şərqi Paktika vilayətindəki bazadan 2009-cu ilin iyun ayının 30-u itkin düşən mütəxəssis Bov Berqdal nümayiş etdirilir. Taliban mətbuatını izləyən ABŞ-da qərərgahlaşan İntelCenter məlumat verir ki, video yazıda görünən ikinci insan bir vaxt ABŞ əsgərini öldürməklə hədələyən Taliban komandirdır. Aprel ayından bəri ilk dəfədir ki, Berqdal video yazıda görünür. O, 2009-cu ildə oxşar video yazılarda görünmüşdür. Bundan başqa iki NATO əsgəri bu gün Əfqanıstanın cənubundə Taliban hücumundan sonra həlak olublar. NATO həlak olan əsgərlərin kimliyi barədə məlumat verməyib və təfsilata varmayıb.

XS
SM
MD
LG