Accessibility links

Əfqanıstan rəsmilərinin sözlərinə görə ölkənin şərqində hökumət binasına maşına yerləşdirilmiş bomba hücumu zamanı iki nəfər həlak olub, təxminən 70 nəfər yaralanıb.

Partlayış zamanı bir neçə NATO xidmət üzvü yüngül xəsarət alıb.

Rəsmilər partlayışın cümə günü Vardak vilayətinin inzibati mərkəzi Maidan Şarda baş verdiyini bildirib.

Taliban partlayışa görə məsuliyyəti öz üzərinə götürüb və partlayışın bu həftə Kabil yaxınlığındakı Pul-e-Çarki həbsxanasında dörd Taliban məhbusunun edamına cavab olduğunu bildirib.

Dörd Taliban üzvü çərşənbə axşamı və çərşənbə günü edam edilən 14 nəfərin sırasında olub. Edama məhkum edilənlər qətl və zorlama cinayətləri də daxil edilməklə bir sıra cinayətlərdə təqsirli bilinmişdilər.

Kütləvi edam BMT, Avropa Şurası və insan haqları qrupları tərəfindən pislənib.
XS
SM
MD
LG