Accessibility links

Əfqanıstan rəsmilərinin bildirdiyinə görə, silahları corablarında gizlədən Talibanın 4 yeniyetmə üzvü Kabilin lüks mehmanxanasına daxil olaraq 9 mülki vətəndaşı qətlə yetirib.

Ölkənin Daxili İşlər Nazirliyinin sözçüsü Sadiq Sadiqi hücumçuların dördünün də öldürüldüyünü bildirib. Sözçü eləcə də, cümə axşamı həyata keçirilən hücum zamanı öldürülənlər arasında xarici vətəndaşların da olduğunu təsdiq edib.

Rəsmilər silahlı şəxslərin Serena mehmanxanasına axşamüstü daxil olduqlarını və 3 saat sonra atəş açdıqlarını bildirib. Şahidlər hücumçuların 18 yaşa qədər olduqlarını deyib.

Hücumun məsuliyyətini Taliban öz üzərinə götürüb. Yaraqlı qrup aprel ayının 5-də keçiriləcək prezident seçkiləri planlarını pozacaqlarına söz verib.
XS
SM
MD
LG