Accessibility links

Əfqanıstanın şimal-şərqində yerləşən Taxar vilayətində maşına yerləşdirilmiş bombanın partlaması nəticəsində vilayətin qubernatoruvə onun üç can güdəni həyatını itirib. Hücum Əfqanıstan rəsmilərinin ölkənin şimal bölgələrində son zamanlar zorakılıqların artmasına görə qonşu Pakistanda ordunun hücumlarından qaçan yaraqlıları günahlandırdığı bir vaxt baş verib.

Polisin sözçüsü qubernator Həmidullah Haqconun vilayətin Aşkamış bölgəsində yoxlama məntəqələrinə baş çəkdiyi zaman qətlə yetirildiyini bildirib.

Talibanın sözçüsü Zəbihullah Mücahid bomba hücumuna görə məsuliyyəti qrupun öz üzərinə götürdüyünü bildirib. Hadisə yüzlərlə yaraqlının Helmənd vilayətində təhlükəsizlik mənqələrinə hücum edərək 17 zabiti qətlə yetirməsindən bir neçə gün sonra baş verib.

XS
SM
MD
LG