Accessibility links

Taliban Əfqanıstanda qəsəbə ələ keçirib


Əfqanıstan rəsmilərinin verdiyi məlumata görə, Taliban yaraqlıları təhlüləsizlik qüvvələri ilə şiddətli atışmalardan sonra ölkənin şərqində bir qəsəbəni ələ keçirib. Döyüşlərdə bir neçə polis və yaraqlının öldüyü çoxlarının isə yaralandığı bildirilir.

Rəsmilər bu gün jurnalistlərə bildirib ki, yaraqlılar Paktiya vilayətinin Cani Xel qəsəbəsini ələ keçirib. Bundan sonra təhlükəsizlik qüvvələri ərazini tərk etmək məcburiyyətində qalıb. Host vilayəti ilə Pakistanı birləşdirən bu qəsəbə strateji ərazi sayılır.

Cani Xel qəsəbəsinin qubernatoru Əbdül Rəhman Solamal Reuters xəbər agentliyinə bildirib ki, qəsəbə son 5 gündür Taliban yaraqlılarının mühasirəsində olub. Gecəyarısı yüzlərlə yaraqlı qəsəbənin yoxlama məntəqəsinə hücum edib.

Əfqanistanın Bağlan, Taxar və Gündüz vilayətlərlərində intensiv döyüşlər uzun müddətdir davam edir. Bu vilayətdə sakinlər ciddi elektrik, su və digər mühüm təchizat ehtiyacı içərisindədir.

BMT-nin son məlumatlarına görə, ötən illə müqayisədə bu il Əfqanıstanda daha çox insan zorakılıqlar nəticəsində öldürülüb.

Dünyaya Baxış

Dünyaya Baxış. Putin heç bir təsirli müxalifət olmadan seçkilərdə qalib gəlib
please wait

No media source currently available

0:00 0:11:28 0:00
XS
SM
MD
LG