Accessibility links

Talibanın nəzarət etdiyi həbsxanadan onlarla girov azad edilib


Cümə günü rəsmilər bildirib ki, Əfqanıstan ordusunun desant-təxribatçı dəstəsi, beynəlxalq hərbi koalisiyanın yardımı ilə gecə reydi zamanı Talibanın nəzarət etdiyi həbsxanadan 60-dan çox məhbusu azad edib.

NATO-nun Kabildəki Qətiyyətli Dəstək Missiyasının bəyanatında bildirilib ki, qeyri-qanuni bu həbsxana Helmənd əyalətinin Nou Zad rayonunda yerləşir. Bu müvəffəqiyyətli missiyanı Əfqanıstanın dövlət səviyyəsindəki anti-terror bölməsi “Ktah Xas” həyata keçirib. Koalisiya Qüvvələri əfqan tərəfaşlarına təlim, məsləhət və yardım rolunda dəstək verib, deyə bəyanatda deyilir.

Vertolyot hücumu Talibanın fəaliyyətini mane olmaq üçün “qaranlıq çökəndən” sonra həyata keçirilib.

Bəyanatda həmçinin qeyd edilib ki, əfqan qüvvələri əməliyyat zamanı heç bir itki verməyib. İki yaraqlı öldürülüb, digərləri yaralanıb və ya həbs olunub,” deyə bildirilir.

Azad edilən məhbuslar təhlükəsiz bir şəkildə qonşu Qəndəhar vilayətinə nəql edilib və daha sonra Əfqanıstan dövlət orqanlarına təhvil verilib.

Yaraqlı qrup həbsxanaya hücum ilə bağlı şərh verməyib.

Taliban Helmandda Nou Zad daxil olmaqla bir neçə rayona nəzarət edir. Xaş-xaş yetişdirilməsinə görə ölkənin ən böyük əyaləti olan Helmənd Pakistanla sərhəddə yerləşir və son zamanlar bir sıra qarşıdurmalara səhnə olub.

Bu, əfqan qüvvələrinin NATO-nun dəstəyi ilə son aylar Helmənddə Talibanın nəzarət etdiyi həbsxalara keçirdiyi dördüncü reyddir. Reydlər nəticəsində əfqan təhlükəsizlik qüvvələrinin işçiləri daxil olmaqla, onlarla məhbus azad edilib.

Regional ordu komandiri general Davudşah Vəfadar Amerikanın Səsinə bildirib ki, əməliyyat zamanı ölənlər arasında həbsxanaya nəzarət edən Taliban komandiri də olub. O, girovların arasında mülki vətəndaşların olduğunu deyib.

XS
SM
MD
LG