Accessibility links

Əfqanıstan paytaxtında güclü partlayış 1 nəfərin ölümünə, 11 nəfərin isə yaralanmasına səbəb olub. Rəsmilər bildirib ki, hücumun məsuliyyətini dərhal öz üzərinə götürən Taliban terror qruplaşmasını hücumu onların intiharçılarından birinin həyata keçirdiyini açıqlayıb.

Partlayış dekabrın 31-i şəhəri mərkəzi yaşayış massivində baş verib. Bu bölgə əsasən qonaq evlərinə və əfqan rəsmilərin evlərinə ev sahibliyi edir.

Daxil İşlər Nazirliyinin sözçüsü Sadiq Sadiqqinin sözlərinə görə, təhlükəsizlik qüvvələri partlayış baş verən yeri yoxlamadan keçirib və istintaq davam edib.

Daha sonra o, şübhəlilərdən birinin saxlandığını bildirib.

Amerikanın Səsinin İslamabad bürosuna göndərilən qısa bəyanatda Taliban sözçüsü Zabihullah Mücahid əcnəbi restoranda baş verən hücumu təmsil etdiyi qruplaşmanın həyata keçirdiyi deyilir.

XS
SM
MD
LG