Accessibility links

Talibanın yüksək rütbəli nümayəndələri 3 il əvvəl Birləşmiş Ştatlar ordusunun serjantı Buvi Berqdalı oğurlayan və azad edərkən "bir də Əfqanıstana gəlməyin" deyən Taliban komadirinin Amerikanın pilotsuz təyyarəsi tərəfindən öldürüldüyünü bildirib.

Birləşmiş Ştatlar ordusunun Amerikanın Səsinə verdiyi məlumatında deyilir ki, ABŞ hərbi qüvvələri cümə axşamı nə Əfqanıstanda, nə də Qətiyyətli Dəstəyin köməyi ilə Pakistanla sərhəddə hava hücumu həyata keçirməyib.

"Bir də Əfqanıstana gəlmə. Gələn dəfə sağ qurtara bilməyəcəksən.

Taliban mənbələri isə Birləşmiş Ştatların hərbi təyyarəsinin Əfqanıstanın Pakistanla sərhədindəki Xost vilayətində cümə günü həyata keçirdiyi hücum zamanı Qari Abdulla Meyrac və digər bir şəxsin öldürüldüyünü bildirib.

Talibvan beş ilə yaxın girov saxladığı ABŞ ordusunun serjantı Berqdalı Guantanamo məhbəsindəki 5 Taliban üzvü ilə dəyişməyə razılıq vermişdi.

2014-cü ilin may ayında Talibanın Əl-Şer mahalının Xost şəhərində çəkdiyi videonu nümayiş etdirdi. Videoda maskalı şəxsin serjant Berqdala paştun dilində "Bir də Əfqanıstana gəlmə. Gələn dəfə sağ qurtara bilməyəcəksən" dediyi göstərilib.

Sonradan Taliban maska geymiş şəxsin Qari Abdulla Meyrac olduğunu bildirmişdi.

Fikirləriniz

Show comments

XS
SM
MD
LG