Accessibility links

NATO və Əfqanıstanın birgə hava zərbələri nəticəsində 3 Taliban liderinin öldürüldüyü bildirilir.

Bu barədə Əfqanıstanın təhlükəsizlik qüvvələrindən adının açıqlanmasını istəməyən mənbə bildirib.

Məlumatda deyilir ki, sentyabrın 24-də həyata keçirilən hava hücumları nəticəsində Pakistan Tehrik-e Talibanın Xan Səid qrupunun sözçüsü Rəis Xan öldürülüb. Onun həm də , "Azam Tariq” kimi tanındığı da bildirilir.

Mənbənin məlumatına görə, hava zərbələri nəticəsində Tariqin oğlu və Şərqi Vəziristandan iki Taliban lideri də öldürülüb. Məlumatda həmin şəxslərin adları açıqlanmır.

Nə Xan Səid yaraqlı qruplaşması, nə də Əfqanıstan hakimiyyəti hadisə ilə bağlı açıqlama verməyib.

XS
SM
MD
LG