Accessibility links

Pakistanda Talibanın lideri Hakimullah Məhsud sağdır


Pakistanda Talibanın açıqladığı yeni videoda qrupun lideri sağ göstərilərək, onun bu ilin əvvəli reaktiv mərmi ilə öldürüldüyünə dairi iddialar təkzib edilir

Pakistanda Talibanın açıqladığı yeni videoda qrupun lideri sağ göstərilərək, onun bu ilin əvvəli reaktiv mərmi ilə öldürüldüyünə dairi iddialar təkzib edilir

Hakimullah Məhsudun videosu Talibanın şənbə günü Nyu-Yorkda Taym Skuer meydanında maşında yerləşdirilmiş bomba hücumu cəhdinin məsuliyyətini öz üzərinə götürməsindən bir qədər sonra açıqlanıb.

Pakistan və ABŞ rəsmiləri bildirib ki, iddianı təsdiq edən dəlillər yoxdur.

Məhsud videoda onun ölümü haqda məlumatları yalan və təbliğat adlandırıb və mesajının aprelin 4-ü yazıldığını bildirib.

O, Nyu-York şəhərini xüsusi olaraq vurğulamasa da, hücumların Ameirkanın əsas şəhərlərinə yönələcəyinə söz verib.

ABŞ-da İslamçı qrupların veb səhifələrinə nəzarət edən İntelCenter mərkəzi videonun həqiqi olduğunu söyləyib.

Keçən həftə Pakistanın kəşfiyyat rəsmiləri bildirmişdi ki, onlarda Məsudun sağ qaldığını, lakin artıq Pakistan Taliban hərəkatında aparıcı qüvvə olmadığını göstərən informasiya var.

XS
SM
MD
LG