Accessibility links

NATO komandanı: Taliban liderinin Ramazan mesajı təbrik xarakteri daşımır


Ömər mesajında döyüşçülərinin yerli təhlükəsizlik qüvvələrini uğurla zərərsizləşdirdiyini bildirib

Əfqanıstandakı ABŞ və NATO qüvvələrinin komandiri deyir ki, Talibanın dini lideri müqəddəs Ramazan bayramı üçün “açıq-aşkar ölüm, nifrət və ümidsizlik” mesajı verib.

ABŞ generalı Con Allen cümə axşamı deyib ki, Molla Ömərin Ramazan mesajının məzmunu diqqəti qiyamçı əməliyyatlara, qisas, ölüm və yalana çəkir. Allen bildirib ki, “normal iman sahibləri” Ramazan ayının sonunda təbrik xarakteri daşıyan mesaj gözləyirlər.

Ömər açıqlamasında döyüşçülərinin Əfqanıstan təhlükəsizlik qüvvələrini uğurla zərərsizləşdirdiyini və bu il 33 nəfərdən çox əsgərin ölümünə nail olduğunu bildirib. Gözünün biri kor olan Taliban lideri döyüşçülərinə hücumlar zamanı mülki sakinləri öldürməkdən yayınmağı tapşırıb.

Allen bildirib ki, Ömər bəyanatını “əvvəlki illərdə olduğu kimi kobud dildə” təkrarlayıb. ABŞ generalı deyib ki, Ömər özü istirahətdə olsa da, nəticəsiz hücumları davam etdirmək üçün aldadılmış insanları döyüşlərə göndərməkdə davam edir. Ömərin Pakistanda yaşadığı ehtimal olunur.

Allen Öməri “qeyri-sabit” insan kimi təsvir edərək onu əfqan xalqının gələcəyi deyil, şəxsi hakimiyyəti üçün çalışdığını deyir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG