Accessibility links

Taliban lideri ABŞ-ın başçılığı ilə "işğala" qarşı cihadın davam etdiriləcəyini deyib


Talibanın yeni lideri Molla Haybatulla Axundzadə
Talibanın yeni lideri Molla Haybatulla Axundzadə

Talibanın yeni lideri Birləşmiş Ştatları Əfqanıstanın "işğalına" son qoymağa çağıraraq, islamçı üsyançıların ölkəni "xarici işğalçıların əlindən almaqda" qətiyyətli olduğunu deyib.

Molla Haybatulla Axundzadə bu açıqlamaları şənbə günü müqəddəs Ramazan ayının sonunda İd Əl-Fitr bayramı münasibətilə verdiyi mesajında verib.

"Siz bizim cihad uğrunda mübarizəmizi əsgərlərinizin burada mövcuduğu üçün vaxtın uzadılması və Əfqanıstanda hərbi əməliyyatları genişləndirməklə sarsıda bilməzsiniz"-deyə o bildirib.

Fotoda ABŞ-ın dron hücumu nəticəsində yanan avtomobil göstərilir. Hücumun hədəfi Əfqanıstanda Taliban lideri Molla Axtar Mənsur olub.
Fotoda ABŞ-ın dron hücumu nəticəsində yanan avtomobil göstərilir. Hücumun hədəfi Əfqanıstanda Taliban lideri Molla Axtar Mənsur olub.

Haybatulla prezident Barak Obamanın Talibana qarşı hava hücumlarının gücləndirilməsi və Əfqanıstan ordusunun üsyançıları məğlub etməsinə yardım məqsədilə lazım olduğu halda ABŞ əsgərlərinin döyüş meydanlarına yerləşdirilməsinə dair qərarına işarə edib.

"Siz Birləşmiş Ştatlar bir qrup, ya da bölmə ilə deyil, xalqla qarşılaşırsınız. Siz qələbə qazana bilməyəcəksiniz. Buna görə də sizin qüvvə işlətmək əvəzinə problemin həlli ilə bağlı əlverişli yol tapmanız məqsədəuyğundur"-mesajda deyilir.

Haybatulla ABŞ-ın mayın 21-də dron hücumu nəticəsində Talibanın lideri Molla Axtar Mənsurun qonşu Pakistanda qətlə yetirilməsindən dərhal sonra qrupun lideri olub.

Onun rəhbərliyi altında islamçı üsyançılar hərbi əməliyyatları gücləndirib və rəsmi şəxslər və ABŞ-ın dəstəklədiyi prezident Əşrəf Qani hökumətinin hərbi qüvvələrinə qarşı hücumları artırıb.

ABŞ rəsmiləri Taliban rəhbərliyində keçiddən sonra Əfqanıstanda zorakılıqların artacağını ehtimal edirdi.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG