Accessibility links

Malalaya qarşı cinayətlə bağlı 10 nəfər həbsə məhkum edilib


Pakistan məhkəməsi 2012-ci ildə Nobel mükafatı laureatı Malala Yusifzaya qarşı silahlı hücumıa əlaqəsi olan 10 nəfərə 25 il həbs cəzası kəsib.

Müttəhimlər arasına Malalanı vuran şəxs daxil deyil. Ancaq bu insanların hücumda əli olduğu təsdiqlənib. Malalanı vuran şəxsin Əfqanistana qaçdığı güman edilir.

Taliban Malalanı qızların təhsil almasını təbliğ etdiyi etdiyi üçün hədəf almışdı.

Pakistanın Svat regionundan olan Malala avtobusta məktəbə gedərkən başından güllə yarası almışdı. Onunla yanaşı avtobusda daha iki qız yaralanmışdı. Malala müalicəsini Britaniyada aldıqdan sonra təhsilini də orada tamamlayıb.

Keçən il 17 yaşlı Malala ən gənc Nobel mükafatı laureatı adını qazanıb.

O, təhsilə təşviq kampanyasını davam etdirir.

2013-cü ildə onun “Mən Malalayam-Təhsil üçün ayağa qalxan və Taliban tərəfindən başından vurulan qız” adlı kitabı nəşr olunub.

XS
SM
MD
LG