Accessibility links

Taliban Molla Ömərin öldürüldüyünü danır


Taliban Molla Ömərin öldürüldüyünü danır

Taliban Molla Ömərin öldürüldüyünü danır

Əfqanıstan Talibanı lideri Molla Ömərin Pakistanda öldürülməsi haqda xəbərləri inkar edir.

Əfqan kəşfiyyat xidmətinin sözçüsü Lətifulla Maşal müxbirlərə deyib ki, Ömər uzun müddət Bəlucistan vilayətinin inzibati mərkəzi Kvettada yaşayıb. Lakin son 4-5 gündə o, yoxa çıxıb.

Cənab Maşalın sözlərinə görə rəsmilər Molla Ömərin öldürüldüyünü təsdiq edə bilməzlər, lakin onu təsdiq edə bilərlər ki, o, Kvettadakı evindən yoxa çıxıb.

Qiyamçılar media xəbərlərini təbliğat kimi rədd edərək Ömərin sağ olduğunu və Əfqanıstanda əməliyyatlara rəhbərlik etdiyini bildiriblər.

XS
SM
MD
LG