Accessibility links

Taliban NATO-nun Əfqanıstanla bağlı planını rədd edir


Taliban NATO-nun Əfqanıstanla bağlı planını rədd edir
Taliban NATO-nun Əfqanıstanla bağlı planını rədd edir

Əfqanıstanda Taliban NATO-nun 2014-cü ilin sonunadək döyüş qüvvələrini həmin ölkədən çıxarmaq planını rədd edərək, bunu uğursuzluq əlaməti kimi dəyərləndirib. Taliban açıqladığı bəyanatda 2014-cü il möhlətini məntiqsiz adlandıraraq bunun “mənasız və udula bilməyən” müharibəni uzadacağını deyir. Dünən NATO liderləri Əfqanıstan müharibəsində rəhbər rolu rəsmi Kabilə həvalə etməyə başlamaq planını təsdiq ediblər. Plana əsasən hərbi nəzarət əfqan qüvvələrinə 2014-cü ilədək tam təhvil verilmiş olacaq. Əfqanıstan prezidenti Həmid Karzay bu qərarı alqışlayaraq onun effektiv və davamlı keçidə yol açacağını bildirib. Lakin yüksək rütbəli ABŞ rəsmisi bildirib ki, prezident Barak Obama rəsmən həmin tarixdə qoşunların çıxarılmasına öhdəlik götürməyib. O, əlavə edib ki, ABŞ qüvvələri 2014-cü ildən sonra da Əfqanıstanda qalacaq.

XS
SM
MD
LG