Accessibility links

Taliban hücumuna məruz qalan qız beş saatlıq əməliyyat keçirib


Ötən il Taliban tərəfindən ağır yaralanan pakistanlı yeniyetmə qızı müalicə edən britaniyalı həkimlər iki uğurlu əməliyyatdan sonra onun vəziyyətinin yaxşılaşdığını deyirlər.

15 yaşlı Malala Yusifzay şənbə günü kəllə sümüyünün və eşitmə qabiliyyətinin bərpası üçün beş saat davam edən əməliyyat keçirib.

Birminqhamda Kraliça Yelizaveta adına xəstəxananın həkimləri deyirlər ki, Malala dünən tam ayılıb və xəstəxana işçiləri, habelə ailə üzvləri ilə söhbət edib.

Yeniyetmə qız oktyabr ayında məktəbdən evə gedən zaman güllə ilə vurulduqdan sonra ölümcül vəziyyətdə təyyarə ilə Britaniyaya gətirilmişdi.
XS
SM
MD
LG