Accessibility links

Pakistanda üç günlük matəm elan edilib [Fotoqalereya]


Pakistan rəsmiləri Talibanın Pişəvərdə məktəbə etdiyi hücumuna cavab vermək üçün ölçülər götürür. Bu arada, hücum zamanı həlak olmuş 132 uşaq və doqquz məktəb işçisinin qətlə yetirilməsilə bağlı üç günlük matəm elan edilib.

Pakistanın Baş naziri Nəvaz Şərif ölkənin şimal-şərqində Əfqanıstanla sərhəddə qəbilələrin yaşadığı regionda yaraqlılara qarşı hərbi əməliyyatların davam etdiriləcəyini vəd edib.

Pakistanda Taliban qrupu dünənki hücumun ordunun yaraqlılara qarşı əməliyyatlara cavab olduğunu deyib.

Bu arada, Pakistanın ordu generalı Rahil Şərif və kəşfiyyat agentliyinin rəhbəri Rizvan Axtar Əfqanıstan prezidenti Əşrəf Qani və NATO-nun Əfqanıstandakı qüvvələrinə başçılıq edən ABŞ generalı Con Kampbellə görüşmək üçün Kabilə yola düşüb.

Amerkianın Səsinin müxbiri Ayaz Gülün verdiyi məlumata görə, presedenti olmayan bu səfər Pakistanla Əfqanıstan arasında müəyyən dərəcədə yaxşılaşmış münasibətlərdə yeni gərginliyin yarana biləcəyinə bir işarə kimi qiymətləndirilə bilər.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG