Accessibility links

Taliban Pakistanda yeni intiharçı hücumu həyata keçirib


Taliban Pakistanda yeni intiharçı hücumu həyata keçirib

Taliban Pakistanda yeni intiharçı hücumu həyata keçirib

Taliban Pakistanın şimal-şərqində beş polis zabitinin ölümü ilə nəticələnən intiharçı hücumuna məsuliyyəti öz üzərinə götürüb. Hücum dünən Peşəvər şəhərində baş verib. Polis rəsmiləri intiharçının idarə etdiyi partlayıcı maddə ilə dolu avtomobili polis binasına çırpdığını deyib. Partlayış nəticəsində bina dağılıb. Hadisə nəticəsində azı 28 nəfər yaralanıb. Pakistandakı Taliban qüvvələri bu yaxınlarda Üsama bin Ladenin ölümünə cavab olaraq bir sıra hücumlar həyata keçirib.

XS
SM
MD
LG