Accessibility links

Taliban qiyamçıları polis qərargahına hücum ediblər


Taliban qiyamçıları polis qərargahına hücum ediblər
Taliban qiyamçıları polis qərargahına hücum ediblər

Taliban qiyamçıları Əfqanıstanın cənubunda yerləşən Qəndəhar şəhərindəki polis qərargahına hücum edərək azı 16 polisi öldürmüş, 40 nəfəri isə yaralamışlar.

Rəsmilər intiharçı jiletləri geymiş silahlı şəxslərin məntəqəyə hücum etdiklərini xəbər veriblər. Onlardan bəziləri polis binası ilə üz-üzə olan şadlıq evində mövqe tutublar. Hücumçulardan bir neçəsi polislə atışma zamanı özlərini partladıblar. Hücumda ən azı bir maşın-bombadan da istifadə olunduğu deyilir.

Taliban hücuma görə məsuliyyəti öz üzərinə götürüb. Xarici qüvvələrin mövcudluğuna baxmayaraq Qəndəhar Talibanın fəal olduğu zona olaraq qalır.

XS
SM
MD
LG