Accessibility links

Kabildə Talibanın hücumu nəticəsində 21 adam həlak olub


Əfqanıstanın paytaxtı Kabildə Talibanın hücumu nəticəsində 21 adam həlak olub.

Livan restoranında həyata keçirilən hücum zamanı 2 amerikalı, 2 britaniyalı, iki kanadalı və Beynəlxalq Valyuta Fondunun livanlı işçisi öldürülüb.

Onlar arasında BMT-nin 4 işçisi olub. Onların milliyəti barədə məlumat verilmir. Rəsmilərin dediyinə görə, həlak olanların 5-i qadındır.

Restoran qarşısında intiharçı özünü partladarkən, 2 silahlı şəxs restorana daxil olaraq insanları atəşə tutub. Hücumçuların öldürülüdüyü bildirilir.

ABŞ Dövlət Departamentinin yazılı bəyanatında hücum “mənasız zorakılıq” adlandırılıb. Sənəddə deyilir ki, terrorçular həyata açıq saymazlıq nümayiş etdirməkdə və gələcək naminə çalışanları qətlə yetirməkdə davam edir.

Bəyanatda Amerikanın Əfqanıstanda sülh və barışıq əldə edilməsi öhdəliklərinə sadiq qaldığı bildirilir.

ABŞ-ın Əfqanıstandakı səfiri Ceyms Kunniqham deyib ki, Taliban Əfqanıstanın gələcəyinə ümid bəsləyən, onun mənafeyi namənə çalışanları qətlə yetirir.

ABŞ generalı Cozef Dunford hücumunu qınayaraq, Talibanın mülki vətəndaşların qətlini dayandırmalı olduğunu deyib.

Beynəlxalq Valyuta Fondunun icraçı direktoru Kristina Laqard hadisəni faciəvi xəbər adlandırıb.

BMT-nin bəyanatında deyilir ki, qurumun baş katibi Pan Gi Mun bu kimi əməllərin qəbuledilməz olduğunu bildirib.

Taliban sözçüsü restoranda spirtli içkilər satıldığı üçün onun hədəf alındığını bilirib.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG