Accessibility links

Taliban əsir düşmüş ABŞ əsgərinin videosunu açıqlayıb


Taliban əsir düşmüş ABŞ əsgərinin videosunu açıqlayıb
Taliban əsir düşmüş ABŞ əsgərinin videosunu açıqlayıb

Yeddi dəqiqəlik videoda Bou Berqdal buraxılmasını və evə dönüşünü xahiş edir.

Taliban qiyamçıları iyunun 30-da Əfqanistanda əsir düşən ABŞ əsgəri Bou Berqdalın videosunu açıqlayıblar. Yeddi dəqiqəlik videoda Berqdal buraxılmasını və evə dönüşünü xahiş edib. O, habelə bildirib ki, Əfqanistandakı müharibə bu qədər sayda itirilmiş və həbsxanalarda tələf olmuş insan həyatına dəyməz. Bu, Berqdalın Milad bayramından sonra göründüyü ilk videodur.

Xəbərə əsasən video Əfqan Taliban sözçüsü Zabihullah Mujahidin bir neçə məhbusun Berqdal ilə mübadiləsini tələb etməsi ilə bitib.

NATO cümə axşamı Əfqanistanda bəyanatla çıxış edib. Bəyanatda bildirilir ki, Berqdaldan təbliğat məqsədi ilə istifadə təəssüfedici haldir və onu tapıb geri qaytarmaq cəhdlərini daha da gücləndirir. Qeyd edək ki, Berqdal əsirlikdə saxlandığı bəlli olan yeganə Amerika hərbi qulluqçusudur.

XS
SM
MD
LG