Accessibility links

Taliban yaz hücumuna start verdi


Taliban yaz hücumuna start verdi
Taliban yaz hücumuna start verdi

Bu günü bütün Əfqanıstan boyu hücumlar baş verib.

Taliban ötən həftə bildirmişdi ki, ABŞ-ıən rəhbərlik etdiyi koalisiya və onun müttəfiqlərinə qarşı yaz hücumuna başlayacaq.

Elan edilmiş hücumun birinci günündə 11 adam ölmüş, onlarla adam yaralanmışdır.

Rəsmilər deyirlər ki, bombalarla dolu jilet geymiş 12 yaşlı intiharçı Paktika vilayətinin Barmal mahalında özünün partladaraq azı dörd nəfəri öldürmüş, 12 adamı yaralamışdır.

Ğəzni vilayətində polis mətnəqəsi yaxınlığında velosipedə qoyulmuş bomba partlayışı 11 adamı yaralayıb. Eyni vilayətdə silhalı şəxs atəş açaraq iki polisi öldürüb.

Loqar vilayətinin Çarx mahalında yolkənarı bomba partlayışı bir keşikçini öldürüb.

Qəndəharda isə motosikletdə hərəkət edən silahlılar bir əsgəri qətlə yetiriblər.

XS
SM
MD
LG