Accessibility links

Taliban yaraqlıları Pakistanın izdihamlı hava limanına hücum edərək 36 nəfəri öldürdükdən bir gün sonra, bu gün naməlum silahlı şəxslər Kəraçı hava limanı yaxınlığında yenidən atəş açıb.

Hava limanının Təhlüksəzilik Xidmətinin birinci müavini polkovnik Tahir Əli müxbirlərə bildirib ki, azı iki silahlı motosikletçi aeroportun təhlükəsizlik qüvvələrinin təlim akademiyasını hədəf alıb. Bu dəfəki hücum zamanı xəsarət alan olmayıb.

Əli hücumçuların tapılması üçün axtarış əməliyyatının aparıldığını deyib. Mülkü Aviasiya rəsmiləri şəhərə və şəhərdən uçuşların qısa müddətə dayandırdıqdan sonra yenidən bərpa edildiyini bildirib.

Pakistan talibanı hücuma görə məsuliyyəti öz üzərinə götürüb və daha artıq zorakılıqların törədiləcəyi barədə xəbərdarlıq edib.
XS
SM
MD
LG