Accessibility links

Talibanla sülh danışıqlarına mərhum prezidentin oğlu başçılıq edəcək


Əfqanıstan hökuməti qətlə yetirilmiş siyasətçi Bürhanəddin Rəbbaninin oğlunu atasının vaxtikən rəhbərlik etdiyi Ali Sülh Şurasına sədr təyin edib. Prezident Həmid Karzay açıqladığı bəyanatda Səlahəddin Rəbbaninin ölkədə yeni sülh elçisi olacağını bildirib. Rəbbani hazırda Əfqanıstanın Türkiyədəki səfiridir. Onu astası və Əfqanıstanın sabiq prezidenti sentyabr atında çalmasında bomba gizlətmiş intiharçı tərəfindən öldürülmüşdü. Mərhum həmin vaxt Talibanla sülh danışıqları aparırdı.

XS
SM
MD
LG