Accessibility links

İtaliya liderinin məhkəməsi təxirə salınıb


"Yaqut" ləqəbi ilə tanınan Karima əl-Mahruq
"Yaqut" ləqəbi ilə tanınan Karima əl-Mahruq

İtaliyalı hakim azyaşlı fahişə ilə pul əvəzində cinsi əlaqəyə girmək ittihamı ilə üzləşən baş nazir Sİlvio Berluskoninin məhkəməsini mayın 31-dək təxirə salınıb.

Hakim qərarı Milanda bu gün erkən çıxarıb.

Berluskoni həmçinin öz səlahiyyətlərindən istifadə edərək insidenti ört-basdır etməkdə günahlandırır.

Prokurorlar deyirlər ki, cənab Berluskoni Yaqut ləqəbli 17 yaşlı mərakeşli qızla öz villasında cinsi əlaqədə olub. Baş nazir ittihamları rədd edir.

İtaliyada fahişəlik leqaldır, lakin bu qanun yalnız 18 yaşından yuxarı qadınlara şamil olunur.

Nə cənab Berluskoni, nə də xanım əl-Mahruq bu günkü məhkəməyə gəlməyiblər.

XS
SM
MD
LG