Accessibility links

İtaliyada binanın dağılmasından sonra xilasetmə işləri davam edir

  • Amerikanın səsi

İtaliyanın cənub bölgəsində iki binanın dağılmasından sonra xilasedicilər bir holland ailənin 3 üzvünün axtarışlarını davam etdirir.

Rəsmilər deyir ki, binanın dağılmasına qaz sızmasının səbəb olduğu ehtimal edilir. Konversano şəhərində baş verən bədbəxt hadisə zamanı 10 nəfər də müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Bir uşaq da daxil olmaqla, üç nəfərin itkin düşdüyü bildirilir.

Rəsmilərin sözlərinə görə, uçan binalardan biri boş olsa da, hadisə qurbanlarının digər binanın içərisində olub-olmadığından əmin deyillər.



XS
SM
MD
LG