Accessibility links

İtaliyada nüvə enerjisinin bərpasına dair referendum keçirilir


İtaliyada nüvə enerjisinin bərpasına dair referendum keçirilir
İtaliyada nüvə enerjisinin bərpasına dair referendum keçirilir

İtaliyanın baş naziri Silvio Berluskoni ölkəsinin çox ehtimal ki, nüvə qüdərətinə çevrilmək planından əl çəkəcəyini deyib. İtaliyada hazırda nüvə enerjisinin bərpasına dair referendum keçirilir. Berluskoni hökuməti referenduma etiraz edərək, seçiciləri səsverməyə getməməyə çağırıb. İtaliyanın Daxili İşlər Nazirliyi sənədin təsdiqi üçün lazım olan 50 faiz səsdən daha az səs toplanacağını təxmin edir. İtaliyada bundan əlavə daha üç referendum keçirilir. Bunlardan biri kabinet nazirlərinin onlara qarşı məhkəmələrdə iştirak etməməsi, digər ikisi isə su təchizatı şirkətlərinin özəlləşdirilməsi barədədir.

XS
SM
MD
LG