Accessibility links

İtaliyada yeni texnologiyalı sərnişin qatarı işə başlayacaq (Video)

  • Amerikanın səsi

İtaliya öz iqtisadiyyatını liberallaşdırdığı bir vaxt, ilk dəfə olaraq özəl firmaya məxsus yüksək sürətli qatar xidməti fəaliyyətə başlayıb. Belə bir addım digər Avropa ölkələrini də yeni iş yerləri açılması məqsədi ilə dəmir yolu nəqliyyatını özəlləşdirməyə sövq edə bilər.

İtaliyada istehsal edilmiş, güllə formalı “İtalo” qatarları saatda 360 km sürətlə gedir. Luka di Montezemolonun başçılıq etdiyi Ferrari şirkətinin 1.3 milyard dollarlıq yatırımı sayəsində başa gələn qatar xidmətini NTV şirkəti idarə edir. Şirkətin başçısı burada əsas məsələnin İtalyanın dəmir yol nəqliyyatının liberallaşdırlılmasında olduğunu deyir. “Nəhayət İtaliya vətəndaşları və xaricilərin seçimləri olacaq və ölkəmizin ən böyük inhisarçı şirkətinə son qoyulur.”

Cənab Montezemolo belə bir rəqabətin sərnişinlərin faydasına olduğunu deyir və əlavə edir ki, Trenitala şirkəti 2014-cü ilədək çox sayda iş yeri açmaqla, ölkənin dəmiryol sistemində bazarın dörddə birini təşkil edəcək.

Nəqliyyat ekspertləri iqtisadiyyatın tənəzzüldə olduğu bir vaxt, yeni qatarların duruma müsbət təsir göstərə biləcəyini deyirlər. LUİSS universitetindən professor Matteo Karoli: “Biz hələ də Avropa dəmiryol sistemində Almaniyadan sonra, ikinci yerdəyik. Mən bunun dəmiryol sənayesində yaxşı nümunə olduğunu düşünürəm. Digər Avropa dövlətlərində olduğu kimi bizim də maliyyə problemlərimiz var, lakin bizim şirkətlərdə rəqabət güclüdür.”

Bu layihə baş naziri Mario Montinin olduğu İtaliyada iqtisadiyyata gətirilən yeni ambisiyadır. Baş nazir Monti Proteksionist həmkarlar ittifaqlarının nəzarət etdikləri süst iqtisadiyyatı dirçəltmək üçün aqressiv ölçülər götürməkdədir.

Fransanın Alstom şirkəti NTV üçün 25 qatar istehsal edib. Alstom-un icraçı direktoru Pyer-Lui Bertina: “Bu qatar Alstom-n dördüncü nəsil qatarıdır. Bu çox yüksək səviyyəli qatardır və dünyada buna bənzər texnologiya yoxdur.”

Qatar özünün dəri oturacaqları, böyük pəncərələri və film ekranları ilə öyünə bilər. Bu qatarda üç sinifə bilet almaq olar ki, bu da sərnişinin hansı səviyyəli vaqonda səyahət etməsindən və nə qədər pul xərcləmələrindən asılıdır.

NTV şirkətindən Cuzeppe Bonollo burada yüksək keyfiyyətin də əsas olduğunu deyir. “Qatarda yüksək texnologiya, pulsuz Wi-Fi internet sistemi və dünyada doğrudan da analoqu olmayan Noutbook vasitəsilə peyk televiziyasına qoşulma imkanları var.”

Burada, Romanın Termini stansiyasında isə insanlar yeni, yüksək sürətli qatarın işə başlamasını gözləyirlər.

XS
SM
MD
LG