Accessibility links

TANAP layihəsini əsas boru kəmərləri ilə təmin edəcək şirkətlərlə müqavilə imzalanıb


TANAP-ı əsas boru kəmərləri və modul dirsəkləri ilə təmin edəcək şirkətlərlə müqavilə imzalanıb

TANAP-ı əsas boru kəmərləri və modul dirsəkləri ilə təmin edəcək şirkətlərlə müqavilə imzalanıb

Oktyabrın 14-də Ankarada Trans-Anadolu qaz boru kəməri (TANAP) layihəsini əsas boru kəmərləri və modul dirsəkləri ilə təmin edəcək şirkətlərlə müqavilə imzalanıb.

AzərTAc agentliyinin məlumatına görə mərasimdə Türkiyənin baş naziri Əhməd Davudoğlu, enerji və təbii ehtiyatlar naziri Taner Yıldız, Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) prezidenti Rövnəq Abdullayev və digər rəsmi şəxslər iştirak edib.

Ə.Davudoğlu bildirib ki, TANAP layihəsi ilə ilk mərhələdə 16 milyard kubmetr təbii qaz daşınacaq, daha sonra bu həcm 22, 24 və 32 milyard kubmetrə qədər çatdırılacaq.

O, TANAP layihəsi ilə Türkiyənin istehlakçı ölkə olmaqla yanaşı, tranzit ölkəyə də çevriləcəyini və 2019-cu ildən etibarən Avropaya qaz nəqlinə başlayacağını bildirib. “Xəzər dənizindən başlayan layihə Türkiyə ilə Yunanıstanın sərhədində “Trans-Adriatik” boru kəmərinə (TAP) birləşərək Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya keçəcək”, baş nazir qeyd edib.

ARDNŞ-in prezidenti Rövnəq Abdullayev deyib ki, TANAP layihəsi ilə Türkiyə Şərq-Qərb arasında enerji dəhlizinə çevriləcək. “Layihə çərçivəsində 15-20 min insana yeni iş imkanı yaradılacaq”.

R.Abdullayev Türkiyənin boru istehsalı və boru inşaatı sektorunun inkişafına və əldə edəcəyi digər faydalara da diqqət yönəldib.

Sonra TANAP Qaz Transmissiya A.Ş ilə Türkiyənin “Borusan Mannesmann Boru San. Tic. A.Ş.” – “Noksel Çelik Boru Sanayi A.Ş.” – “Erciyas Çelik Boru Sanayi A.Ş.” Konsorsiumu, “Ümran Çelik Boru Sanayii A.Ş.” – “Emek Boru Makina Sanayi ve Ticaret A.Ş.” Konsorsiumu, “Tosçelik Profil ve Sac Endüstrisi A.Ş.”, həmçinin Almaniyanın “Baosteel Europe GmbH” şirkətləri ilə müqavilələr imzalanıb.

XS
SM
MD
LG